IKT

20 Yanvar

Azərbaycanda da bu standartlara uyğun məhsul və xidmətlərlə qeyri–neft ixracının həcmi genişləndiriləcək

Ticarətin asanlaşdırılması və keyfiyyətin dəqiq qiymətləndirilməsi üçün Azərbaycan şirkətlərində beynəlxalq standartlar və sertifikatlar tətbiq ediləcək.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub

2025-ci ildən əvvəl beynəlxalq standartlara uyğunlaşma Azərbaycandan ixrac edilən malları rəqabətədavamlı edəcək. Beynəlxalq sertifikatlardan daha çox istifadə etibarlı keyfiyyət ölçüsü yaradaraq yerli istehlakın səviyyəsini yüksəldəcək. Azərbaycana coğrafi baxımdan ən yaxın iki regional bazarda – Avropa İttifaqı və Avrasiya İttifaqında ÜTT standartları əsas götürüldüyündən, Azərbaycanda da bu standartlara uyğun məhsul və xidmətlərlə qeyri–neft ixracının həcmi genişləndiriləcək. Yerli şirkətlər öz məhsullarının keyfiyyətini yaxşılaşdırmaqla yerli istehlakçıların getdikcə artan keyfiyyət tələblərinə cavab verəcək. Nəticədə “Made in Azerbaijan” brendi beynəlxalq bazarlarda keyfiyyət göstəricisinə çevriləcəkdir.