“Ötən il əkin balansının əsas hissəsini təşkil edən taxılçılıqda 3 milyon 538 min ton məhsul istehsal olunub ki, bu da ötən ilə nisbətən 6,9% çoxdur”.
Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.
“Buğdanın məhsuldarlığı təxminən 32,4% sentner təşkil edib, artım əvvəlki ilə nisbətən təqribən 2 sentner çoxdur və yaxud 7,6%dir. Pambıqçılıqda ümumi məhsul artımı 26,4% olub, məhsuldarlıq isə 67,6% artıb. Həmçinin günəbaxan istehsalı 43,3%, kartof istehsalı 11,7%, tərəvəz 12,17%, bostan məhsulları 11,4% və meyvə-tərəvəz istehsalı isə 8,8% artıb. Sizin də qeyd etdiyiniz kimi, əsas artım sahələrindən birini, həmçinin üzümçülük təşkil edir. Heyvandarlıqla bağlı artıma gəlincə, ət diri çəkidə 3%, süd 2,4%, yumurta istehsalı 9%, yun istehsalı 1,6%, barama istehsalı isə 25,3% artıb. Qarşımızda qoyduğunuz əsas vəzifələrdən biri bu il bu sahədə mövcud resurslarımızdan istifadə etməklə məhsuldarlığın daha da artırılması, mütərəqqi texnikaların və metodların tətbiq edilməsidir”, – deyə o, qeyd edib.