IKT

09 Yanvar

Ağcabədi taxılçıları 19 min 824 hektarda buğda, 7641 hektarda arpa səpini aparıblar

Keçən il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün səpini başa çatdırıblar.

Ağcabədi Rayon Statistika İdarəsindən bildiriblər ki, rayon üzrə 37 min 578 hektar sahədə payızlıq şum qaldırılıb, 19 min 824 hektarda buğda, 7641 hektarda dən üçün arpa, 3027 hektarda xəsil arpa səpilib.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Ötən il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.