IKT

08 Yanvar

"Şəhərdən Kəndə” aqroekoturizm turlarına ötən il 800-dən çox turist qoşulub"

“Aqrar Tədarük və Təchizat” ASC-nin həyata keçirdiyi “Şəhərdən Kəndə” aqroekoturizm turlarına ötən il 800-dən çox turist qoşulub, onların 100-dən çoxu əcnəbi turist olub.

Fins.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Aqroekoturizm layihəsinin icrasına ötən ilin avqust ayından başlanılıb. Bu barədə danışan İdarə Heyətinin sədri bildirib ki, ötən müddət ərzində İsmayıllı, Zaqatala, Şamaxı, Göyçay, Lənkəran, Quba, Balakən, Şəki, Hacıqabul istiqamətlərində 40-dan artıq tur həyata keçirilib. “Aqroekoturizm ölkəmizdə yeni turizm sahəsi kimi çox da geniş yayılmayıb. Bu il qarşımıza qoyduğumuz məqsəd turizmin bu növünün ölkə daxilində daha geniş təbliğatının aparılması, layihənin həm əhatə dairəsinin genişləndirilməsi, həm də layihəyə qoşulacaq fermerlərin sayının artırılmasıdır”, - deyə Leyla Məmmədova qeyd edib. Azərtac