IKT

08 Yanvar

Balakəndə meyvə istehsalı 613 ton artıb

2019-cu ildə Balakən rayonunda meyvə bağlarından 32 min 866 ton məhsul tədarük olunub. Yığılan məhsulun 15 min 180 tonu xurma, 6 min 262 tonu fındıq, 4 min 885 tonu alma, 3 min 582 tonu armud, qalanı isə digər meyvələr olub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 613 ton artıb.

Bu barədə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, ötən il meyvəçilikdə ən çox artım alma tədarükündə qeydə alınıb. Belə ki, ötən il alma istehsalı əvvəlki illə müqayisədə 412 ton artıb. Fındıq istehsalında artım 58 ton, xurmada isə 50 ton olub.

2019-cu ildə rayonda 792 hektarda yeni meyvə bağları salınıb. Yeni salınan bağların 772 hektarına fındıq, 20 hektarına isə şaftalı ağacları əkilib. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 13 min 341,6 hektardır.