Biləsuvarda taxılçılıq aparıcı təsərrüfat sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi subsidiyalar, aparılan meliorativ tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması rayonda taxılçılığın ilbəil genişlənməsinə səbəb olub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, biləsuvarlı taxılçılar ötən il 30 min hektar zəmidən 98 min ton məhsul götürüblər. Bunun da 56 min tonu arpa, 42 min tonu isə buğda olub. Əkinçilər cari ilin məhsulu üçün də möhkəm təməl yaradıblar. Payızlıq taxıl səpininə mütəşəkkil başlayan fermer və torpaq mülkiyyətçiləri qısa müddətdə 30 min hektar sahədə səpin apararaq payızlıq taxıl əkinini başa çatdırıblar. Səpin zamanı əkinçilər rayonlaşdırılmış yüksək məhsuldar sortların əkininə üstünlük veriblər.