IKT

10 Yanvar

Elçin Zeynalov - DOSYE

​Fins.az Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun dosyesinin təqdim edir

  • 1970 21 sentyabrda Bakı şəhərində anadan olub.

  • 1987-1992 Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində təhsil alıb.

  • 1992-1995 Azərbaycan Dövlət Neft Akademiyasında aspirantura üzrə təhsil alıb.

  • 1995-2003 Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub.

  • 1998 Fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

  • 2003-2006 Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində sektor müdiri olub.

  • 2006-2008 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun icraçı direktoru olub.

  • 2007-2009 Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb.

  • 2008 Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

  • 2010-2013 Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Stateji planlaşdırma investisiya və elmi potensial şöbəsində məsləhətçi, şöbə müdiri olub.

  • 2014 Elmlər doktoru elmi dərəcəsi verilmişdir.

  • 2013-2018 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru olub.

  • 2018-2019 Azərbaycan Kənd Təsərrüfatı nazirinin müşaviri, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

  • Azərbaycan, rus, ingilis dillərini bilir.

  • Evlidir, üç uşağı var.