Kənd Təsərrüfati Nazirliyi yaninda Aqrar Kredit və İnkişaf Agentliyi “KPMG Audit Azərbaycan” MMC ilə 50 min manatlıq satınlama müqaviləsi bağlayıb.
Fins.az xəbər verir ki, qurumlar arasında bağlanan müqaviləyə görə, 2019-cu ilin 01 yanvar və 31 dekabr yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun ilkin maliyyə hesabatlarının auditinin aparılması xidmətini şirkət həyata keçirəcək.
Qeyd edək ki, 2004-cü ildə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. 2018-ci ildən isə Aqrar Kredit və İnkişaf Agentliyi kimi adlandırılmışdır.
© Banker