IKT

29 Dekabr

Azərbaycandan diri heyvan ixracı azalıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 111,45 min ABŞ dolları dəyərində diri heyvan ixrac edilib.

Fins.az-ın  Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, diri heyvan ixracı ötən ilin eyni dövr ilə müqayisədə 3,5 dəfə azalıb. Bu müddətdə ölkəyə eyni adla məhsul idxalı isə illik 1,6 faiz azalaraq 52.750,47 min ABŞ dolları təşkil edib. Bu, cəmi idxalın 0,43 faizi deməkdir. Həmçinin hesabat dövründə ölkədən 612,81 min ABŞ dolları dəyərində ət və qida üçün yararlı ət əlavələri ixrac edilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə ixracda 1,7 dəfə azalma qeydə alınıb. Bununla yanaşı, hesabat dövründə illik müqayisədə 12,6 faiz çox – 71.662,63 min ABŞ dolları dəyərində idxal reallaşdırılıb ki, bu da cəmi idxalın 0,58 faizini təşkil edib.