Bu il kənd təsərrüfatı istehsalı vasitələrindən istifadəyə görə investisiyaların ümumi məbləği 132,258 milyon manat, o cümlədən, faizsiz kredit və subsidiyanın məbləği 89,909 milyon manat olub".
Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib. Onun sözlərinə görə, il ərzində rəhbərlik etdiyi qurum güzəştli şərtlərlə 4.068 ədəd kənd təsərrüfatı texnikası, 4.510 ədəd damazlıq heyvan satıb: "Bu il 704 kənd təsərrüfatı layihəsi nağd pul vəsaiti ilə kreditləşdirilib. Bunun üçün ayrılmış pul kreditinin məbləği 20,724 milyon manat olub. Hazırda 22 layihə icradadır". M.Əliyev onu da deyib ki, bu il fermerlərə 164.993.848 manat məbləğində kənd təsərrüfatı texnikası satılıb. Bu məbləğin 59.502.369 manatı fermerlərə güzəşt edilib, 31.725.860 manatı isə kredit kimi onlara verilib.