Xəzəryanı dövlətlər nərə balıqlarının sənaye ovuna moratoriumun uzadılmasına dair razılıq verib.
Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin məlumatına görə, qərar 23-25 dekabr 2019-cu il tarixdə Tehranda keçirilən Xəzər dənizinin bioloji ehtiyatlarının qoruması, rasional istifadəsi Komissiyasının üçüncü iclasının protokolunda əksini tapıb.
İclasda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndə heyətləri iştirak edib.
© APA