IKT

25 Dekabr

Leyla Məmmədova: "Yarmarkalar vasitəsilə bazarda ərzaq qiymətlərinə müsbət təsir göstərməyə çalışırıq"

"Biz "Kənddən Şəhərə" qış yarmarkalarını yaradaraq, bazarda ümumi ərzaq qiymətlərinə müsbət təsir göstərməyə çalışırıq".

Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, builki hədəf yerinə yetirilib və yarmarkaların sayı 5-ə çatdırılıb.

L. Məmmədova əlavə edib ki, ASC gələn il üçün yarmarkaların təşkilində yeni yerli və xarici qurumlarla əməkdaşlıq etməyə çalışacaq. Buna qədər ASC regionlarda "KOB dostu" şəbəkəsi ilə əməkdaşlıq edib.

Qeyd edək ki, dekabrın 21-dən 30-dək Bakı və Abşeronda Yeni il bayram yarmarkaları keçirilir. Yarmarkalar Nərimanov, Binəqədi, Yasamal, Suraxanı və Abşeron rayonlarında fəaliyyət göstərir. "Kənddən Şəhərə" qış yarmarkalarında yaradılan şərait və görülən işlərə ictimai nəzarət məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin, "Aqrar Tədarük və Təchizat" ASC-nin və yarmarkaların təşkil edildiyi rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri yarmarkaları ziyarət ediblər.

© APA