"Cari ilin 1 dekabr tarixinə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 7,1%, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11.3%, heyvandarlıq məhsullarının istehsalı isə 3.2% artıb".
Fins.az xəbər verir ki, bunu Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.
Nazir qeyd edib ki, yanvar-noyabr aylarında sahələrdən 3 milyon 512.4 min ton taxıl yığılıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur. Qeyd olunan dövrdə ölkə üzrə 2 milyon 171.5 ton buğda (+6,3%), 1 milyon 15.5 ton arpa (+7,8%) və 259.4 min ton qarğıdalı (+14,4%) yığılıb.
Cari ildə 643.7 ton barama istehsal edilib ki, bu da keçən illə müqayisədə 25,3% çoxdur. Ümumilikdə barama istehsalı üzrə əldə etdiyimiz göstərici son 21 ilin ən yüksək göstəricisidir. Bundan əlavə, 5.9 min ton tütün yığılıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3.3% çoxdur.
2019-cu ilin yanvar-noyabr aylarında təxminən 993.8 min ton kartof (11.7% çox), 1 milyon 637.6 min ton tərəvəz (13.2% çox), 1 milyon 75.8 min ton meyvə və giləmeyvə (7.8% çox), 194.1 min ton üzüm (25.4% çox) istehsal edilib, 911.3 ton yaşıl çay yarpağı (4.9% çox) yığılıb, diri çəkidə ət istehsalı 2.8% artaraq 476.6 min ton, süd istehsalı 2.1% artaraq 1 milyon 938.7 min ton təşkil edib.
© Marja