Bakı Apellyasiya Məhkəməsində "Bolluq LTD"nin reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilməsi barədə qərardan verilən şikayətə baxılıb.
Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılıb.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə təqsirli bilib.
"Bolluq LTD" MMC 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlayıb. Hazırda qida və qənnadı sektorunda istehsal, satış və distribüter şirkəti kimi fəaliyyət göstərir.
©Report