IKT

18 Dekabr

"Fermerlərin gəlirləri artacaq" – Leyla Məmmədova

"Məqsədimiz fermerlərin gəlirləriniartırmaqdır" bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bu gün təşkil olunan "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, gələcəkdə “Şəhərdən kəndə” layihəsinə 500-ə qədər fermer cəlb ediləcək.

"Növbəti illərdə fermerlərə təlimlər keçiriləcək. Məqsədimiz onların gəlirlərini artırmaqdır. "Şəhərdən kəndə" layihəsinin icrasına yeni başlansa da ona maraq böyükdür. Fermerlərlə sıx işlənilməlidir. Çünki onların imkanları məhduddur. Bu gün layihəyə cəlb edilmiş fermerlərimiz 100-dən çox yerli və xarici turistlər qəbul edəcəklər" L.Məmmədova əlavə edib ki, əgər turizm şirkətləri bu layihədə aktiv olmasalar proyektin fəaliyyəti zəif ola bilər.