IKT

18 Dekabr

Azərbaycanda aqrar sektor 7%-dən çox böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 7 362,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 11,3% artaraq 3 631,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2% artaraq 3 731,1 milyon manata çatıb. 

© APA