Finss.az - Azərbaycan futbolunda qış transfer pəncərəsi bağlandı – 12 klub heyətini gücləndirdi
Fevralın 10-da Azərbaycan futbolunda qış transfer pəncərəsi rəsmi olaraq bağlanıb. Misli Premyer Liqasında mübarizə aparan 12 klubun hamısı transfer dövründə heyətini yeni oyunçularla gücləndirib.
Qaydalara əsasən, bundan sonra klublar yalnız azad agent statusu olan futbolçuları heyətinə qata bilərlər.
Klubların qış transferləri
“Sabah”
Gələnlər: Aaron Maluda (“Lill”, Fransa – transfer hüququ alınıb), Umarali Rahmonaliyev (“Rubin”, Rusiya – transfer hüququ alınıb), Patrik Orfe Mbina (“Maribor”, Sloveniya – icarə)
Gedənlər: Neqoş Kupusoviç, Boyan Letiç, Ayaz Quliyev, Abdulla Rzayev (“Şamaxı” – icarə)
“Qarabağ”
Gələnlər: Jeremi Qnali (AEK, Kipr)
Gedənlər: Nəriman Axundzadə (“Kolumbus Kru”, ABŞ)
“Zirə”
Gələnlər: Rüfət Abdullazadə (“Varajdin” – icarə), Eren Aydın (“Veres”, Ukrayna)
Gedənlər: Ramiz Muradov (“Şamaxı” – icarə)
“Turan Tovuz”
Gələnlər: Coş Cinnelli (“Suonsi”, İngiltərə), Mark Mampassin (“Lokomotiv” Moskva – icarə)
Gedənlər: Veysəl Rzayev (“Kəpəz”), Aleks Souza (“Kyoto Sanqa”, Yaponiya), Abdulla Rzayev (“Sabah”a qayıdıb)
“Sumqayıt”
Gələnlər: Sənan Muradlı (“Şamaxı”), Emil Mustafayev (son klubu “Polessye”, Ukrayna), Danilo Beskorovaynıy (“Polissya”, Ukrayna – icarə)
Gedənlər: Rauf Rüstəmli (“Karvan-Yevlax”)
“Araz-Naxçıvan”
Gələnlər: Andrey Demçenko (baş məşqçi), Yevgen Pisotski (məşqçi)
Gedənlər: Elmar Baxşıyev (baş məşqçi), Qara Qarayev
“Şamaxı”
Gələnlər: Ramiz Muradov (“Zirə” – icarə), Abdulla Rzayev (“Sabah” – icarə)
Gedənlər: Sənan Muradlı (“Sumqayıt”), Antonio Lara
“Neftçi”
Gələnlər: Breno Almeyda (“Etnikos”, Kipr)
Müqavilə müddətini artıran: Rza Cəfərov
“İmişli”
Gələnlər: Dioqo Kardozu (son klubu “Dezembro”, Portuqaliya), Nazim Hüseynov (son klubu “Qəbələ”), Riad Abbaszadə (son klubu “Difai”)
Gedənlər: İbrahim Əliyev
“Kəpəz”
Gələnlər: Veysəl Rzayev (“Turan Tovuz”), Mate Abuladze (“Samqurali”), Rəhman Hacıyev
Gedənlər: Kaçper Rosa, Pedro Qomeş
“Qəbələ”
Gələnlər: Seydina Keyta (“Panevejis”, Litva), İsmaheel Akinade (“Andijon”, Özbəkistan), Rza Cəfərov (“Neftçi” – icarə), Turan Manafov (“Stellenboş”, CAR)
Gedənlər: Elşad Tağıyev (“Baku Sportinq”), Jondo Fuxs
“Karvan-Yevlax”
Gələnlər: Rauf Rüstəmli (“Sabah” – icarə), Samir Abdullayev, Emin Rüstəmov (“Səbail” – icarə), Füzuli Məmmədov (baş məşqçi)
Gedənlər: Səid İmranxan, Nika Çaçaşvili, Qabil Əlizadə, Vitor Hugo
Qeyd edək ki, siyahıda yalnız klubların rəsmi şəkildə açıqladığı transferlər yer alıb.
