İdman

10 Fevral

Misli Premyer Liqasında 19-cu tura bu gün yekun vurulur

Finss.az - Bu gün Misli Premyer Liqasında 19-cu turun son oyunları keçiriləcək.

QOL.az xəbər verir ki, turun üçüncü oyun günündə iki qarşılaşma nəzərdə tutulub. Günün ilk matçında son çempion “Qarabağ” doğma meydanda **“Şamaxı”**nı qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq.

Turun bağlanış oyununda isə “Neftçi” komandası “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

10 fevral oyunları

14:30. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Stadion: Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Stadion: “Palms Sports Arena”

19-cu turun əvvəlki oyunlarının nəticələri

8 fevral
“Sabah” – “Araz-Naxçıvan” – 4:1
“Sumqayıt” – “Zirə” – 2:3

9 fevral
“Turan Tovuz” – “Karvan-Yevlax” – 1:0
“İmişli” – “Kəpəz” – 0:0

Bombardirlər siyahısı:

  • Coy-Lens Mikels (“Sabah”) – 9 qol

  • Velko Şimiç (“Sabah”) – 9 qol

  • Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol

  • Toral Bayramov (“Qarabağ”) – 7 qol

  • Bassalu Sambu (“Neftçi”) – 7 qol

  • Karim Rossi (“Şamaxı”) – 7 qol

  • Dioqo Almeyda (“İmişli”) – 7 qol