İdman

09 Fevral

Misli Premyer Liqası: 19-cu turun oyunları davam edir

Finss.az - Misli Premyer Liqasında 19-cu turun qarşılaşmaları davam edir.

Bu gün çərçivəsində turun daha iki oyunu keçiriləcək.

İlk qarşılaşma Qubada baş tutacaq. “İmişli” doğma meydanda **“Kəpəz”**i qəbul edəcək. Hazırda İmişli təmsilçisi turnir cədvəlində 18 xalla 9-cu, Gəncə klubu isə 12 xalla 11-ci pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki görüşündə “Kəpəz” öz meydanında 0:3 hesabı ilə məğlub olub.

Günün ikinci matçında isə “Turan Tovuz” Suraxanıda **“Karvan-Yevlax”**la üz-üzə gələcək. Turnir cədvəlinə nəzər saldıqda, Tovuz klubu 30 xalla 4-cü, Yevlax təmsilçisi isə cəmi 6 xalla sonuncu – 12-ci pillədədir. İlk dövrədə keçirilən oyunda “Turan Tovuz” 2:1 hesabı ilə qalib gəlib.

Oyun cədvəli

9 fevral

14:30 – “İmişli” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Stadion: Quba OİK

18:30 – “Turan Tovuz” – “Karvan-Yevlax”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Stadion: “Azersun Arena”

10 fevral

14:30 – “Şamaxı” – “Qarabağ”
19:00 – “Neftçi” – “Qəbələ”

Keçirilmiş oyunlar (8 fevral)

“Sabah” – “Araz-Naxçıvan” 4:1
“Sumqayıt” – “Zirə” 2:3

Bombardirlər siyahısı

Coy-Lens Mikels (“Sabah”) – 9 qol
Velko Şimiç (“Sabah”) – 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) – 7 qol
Toral Bayramov (“Qarabağ”) – 7 qol
Bassalu Sambu (“Neftçi”) – 7 qol
Karim Rossi (“Şamaxı”) – 7 qol
Dioqo Almeyda (“İmişli”) – 7 qol