Finss.az - Azərbaycanın Misli Premyer Liqasında çıxış edən klublar qış transfer çalışmalarına start veriblər.
Artıq bəzi komandalar heyətlərini yeni futbolçularla gücləndirib, digərləri isə mövsümün ikinci yarısı öncəsi bir sıra oyunçularla yollarını ayırıb.
Qeyd edək ki, Azərbaycanda qış transfer pəncərəsi 14 yanvar tarixində açılıb və 10 fevraladək davam edəcək.
“Sabah”
Paytaxt təmsilçisi qış fasiləsində heyətinə iki yeni futbolçu qatıb. Klub Fransa “Lill”indən Aaron Maludanın, Rusiya “Rubin”indən isə Umarali Rahmonaliyevin transfer hüquqlarını əldə edib.
Komandanı Neqoş Kupusoviç, Boyan Letiç, Ayaz Quliyev tərk edib. Abdulla Rzayev isə “Şamaxı”ya icarəyə verilib.
“Qarabağ”
Ağdam klubu hələlik transfer bazarında aktivlik göstərməyib.
“Zirə”
“Zirə” heyətini “Varajdin”dən icarə əsasında Rüfət Abdullazadə ilə gücləndirib. Ramiz Muradov isə mövsümün ikinci yarısını “Şamaxı”da keçirəcək.
“Turan Tovuz”
Tovuz təmsilçisi İngiltərənin “Suonsi” klubundan Coş Cinnellini transfer edib. Komandanı Veysəl Rzayev (“Kəpəz”), Aleks Souza (“Kyoto Sanqa”, Yaponiya) və Abdulla Rzayev (müqavilə ilə məxsus olduğu “Sabah”a qayıdıb) tərk edib.
“Sumqayıt”
“Sumqayıt” Sənan Muradlını (“Şamaxı”), Emil Mustafayevi (son klubu “Polessye”, Ukrayna) və Danilo Beskorovaynıyni (“Polissya”, Ukrayna – icarə) heyətinə qatıb. Rauf Rüstəmli isə “Karvan-Yevlax”a keçib.
“Araz-Naxçıvan”
Klubda məşqçilər korpusunda dəyişiklik olub. Andrey Demçenko baş məşqçi, Yevgen Pisotski isə məşqçi təyin edilib. Elmar Baxşıyev və futbolçu Qara Qarayev komandadan ayrılıb.
“Şamaxı”
“Şamaxı” Ramiz Muradovu (“Zirə”, icarə) və Abdulla Rzayevi (“Sabah”, icarə) heyətinə qatıb. Sənan Muradlı isə “Sumqayıt”a keçib.
“Neftçi”
Paytaxt klubu ilə bağlı əsas yenilik Rza Cəfərovun müqaviləsinin uzadılmasıdır.
“İmişli”
Komandanı İbrahim Əliyev tərk edib.
“Kəpəz”
Gəncə təmsilçisi Veysəl Rzayevi (“Turan Tovuz”), Mate Abuladzeni (“Samqurali”) və Rəhman Hacıyevi transfer edib. Kaçper Rosa və Perdo Qomeşlə yollar ayrılıb.
“Qəbələ”
“Qəbələ” heyətini Seydina Keyta (“Panevejis”, Litva), İsmaheel Akinade (“Andijon”, Özbəkistan), Rza Cəfərov (“Neftçi”, icarə) və Turan Manafov (“Stellenboş”, CAR) ilə gücləndirib. Elşad Tağıyev və Jondo Fuxs komandadan ayrılıb.
“Karvan-Yevlax”
Klub Rauf Rüstəmlini (“Sabah”, icarə), Samir Abdullayevi, Emin Rüstəmovu (“Səbail”, icarə) heyətinə qatıb. Baş məşqçi postuna Füzuli Məmmədov təyin edilib. Komandanı Səid İmranxan, Nika Çaçaşvili, Qabil Əlizadə və Vitor Hugo tərk edib.
