İdman

23 Yanvar

Misli Premyer Liqasında XVII tura start verilir

Misli Premyer Liqasında XVII tur bu gün start götürür.

Finss.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk oyununda “İmişli” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 14:30-da başlayacaq. Hazırda meydan sahibləri 17 xalla 9-cu, qonaqlar isə 26 xalla 6-cı pillədə qərarlaşıblar.

Turun ən maraqlı oyunu isə “Zirə” – “Neftçi” matçı olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Meydan sahibləri 20 xalla 7-ci, qonaqlar isə 28 xalla 2-ci pillədə qərarlaşıblar.