Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun prezidenti Ənmar Əl-Xayli bildirib ki, hələ də Lionel Messi ilə müqavilə imzalamaq arzusundadır.
Finss.az xəbər verir ki, Əl-Xayli 2023-cü ildə Messinin PSG-dən ayrılmasından sonra, hazırda “İnter Mayami” klubunda oynayan hücumçuya edilən təklifi xatırladıb. Klub prezidentinin sözlərinə görə, həmin vaxt Messiyə 1,4 milyard avro məbləğində təklif irəli sürülüb. “Mən Messiyə 1,4 milyard avro təklif etdim. O, ailəsini inandırmasına baxmayaraq, ailəsinin xatirinə belə yüksək təklifi rədd etdi”, – deyə Əl-Xayli açıqlayıb.
O əlavə edib ki, hazırda da Messi üçün istədiyi qədər qazanc əldə edə biləcəyi, müddəti hətta ömürlük ola bilən müqavilə təklif etməyə hazırdır: “İstədiyi müddətə, hətta ömürlük müqavilə təklif edərdim. Matçlar başlamazdan əvvəl belə çempionluğu qeyd edərdik, çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olardıq”.
