İdman

12 Yanvar

Azərbaycan yunan-Roma güləşi üzrə milliyə yeni baş məşqçi təyin edib

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi yeni baş məşqçi ilə fəaliyyətini davam etdirəcək.

Finss.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası Olimpiya Oyunlarında 4 qızıl medal qazanan Məhəmməd Bəna ilə müqavilə bağlayıb.

Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin olunub. Məşqçilər korpusunda isə Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz HəzrətipurRəsul Cazini Dorçə də yer alıb.

Qeyd edək ki, Məhəmməd Bəna İran yığmasını London-2012 Olimpiya Oyunlarında 3 qızıl medal qazanmağa və Tokio-2020 Olimpiadasında 1 qızıl, 1 bürünc medal əldə etməyə yönəldib. 2011-ci ildə FILA (indiki UWW) tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilən Bəna, İranda "Cəsarət" ordeni ilə təltif edilib.

Məhəmməd Bəna dünya yunan-Roma güləşi tarixində ən uğurlu və nüfuzlu baş məşqçilərdən biridir və milli komandamız üçün böyük təcrübə və uğur gətirəcəyi gözlənilir.