UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Liverpul” (İngiltərə) – “Qarabağ” FK qarşılaşması üçün azarkeşlərə ayrılan vauçerlərin satışa çıxarıldığı bildirilib.
Finss.az “Qarabağ” klubunun Mətbuat xidmətinə istinadən xəbər verir ki, vauçerlər bu gün saat 12:00-dan etibarən iTicket.az platformasında onlayn satışa təqdim olunub. Məlumata görə, biletlərin qiyməti 115 manat müəyyən edilib və “Anfield” stadionunda “Qarabağ” azarkeşləri üçün ümumilikdə 1 250 yer ayrılıb.
Bildirilib ki, vauçerlər ilkin mərhələdə iTicket.az saytı vasitəsilə əldə olunur. Oyun gününədək biletlər sifariş zamanı qeyd edilən elektron poçt ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlərdən e-mail ünvanlarını düzgün qeyd etmələri xahiş edilir, çünki biletlər yalnız göstərilən ünvanlara göndəriləcək.
Təhlükəsizlik qaydalarına əsasən, stadiona yalnız A5 ölçüsünü keçməyən (148,5 x 210 mm) əl çantası ilə girişə icazə veriləcəyi qeyd olunub.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” FK oyunu yanvarın 28-də Bakı vaxtı ilə saat 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da başlayacaq.
