“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin Polşanın “Vidzev Lodz” klubuna transfer olunması mümkündür.
Finss.az xəbər verir ki, Polşa təmsilçisi qış fasiləsində Koxalskini heyətinə qatmaq niyyətindədir.
Məlumata görə, Lodz klubu polşalı qapıçını mövsümün əvvəlindən izləyir. Lakin Koxalskinin UEFA Çempionlar Liqasında, xüsusilə “Napoli”yə qarşı uğurlu çıxışı onun transfer dəyərini artırıb.
Qapıçının “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər davam edir. Hazırda “Vidzev Lodz” Polşanın yüksək liqasında 18 komanda arasında 15-ci yerdə qərarlaşıb.
