İdman

07 Yanvar

Azərbaycan cüdo millisi Avstriyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Finss.az - Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasının (ACF) məlumatına görə, toplanış Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan Olimpiya Təlim Düşərgəsi çərçivəsində baş tutub.

Toplanışda ACF vitse-prezidenti Elnur Məmmədli, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif iştirak edir.

Toplanışda 31 Azərbaycan cüdoçusu (9 qadın və 22 kişi) çıxış edir. Dünyanın ən böyük və nüfuzlu təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb. Bu, Azərbaycan cüdoçularının beynəlxalq səviyyədə təcrübə qazanması və olimpiya hazırlığı üçün əhəmiyyətli imkandır.