İdman

05 Yanvar

Ötən ilin ən çox qazanan futbolçuları - SİYAHI

2025-ci ilin ən çox qazanan futbolçuları açıqlanıb.

Finss.az Forbes jurnalının məlumatına əsasən xəbər verir ki, ilin zirvəsində Kriştiano Ronaldo yer alıb. "Əl-Nəsr" klubunda çıxış edən 40 yaşlı portuqaliyalı hücumçu ilin sonunda 280 milyon dollar qazanıb.

İlin ən çox qazanan digər futbolçular isə belə sıralanır:

  1. Lionel Messi ("İnter Mayami") – 130 milyon avro
  2. Kərim Benzema ("Əl-İttihad") – 104 milyon avro
  3. Kilian Mbappe ("Real") – 95 milyon avro
  4. Erlinq Haaland ("Mançester Siti") – 80 milyon avro
  5. Vinisius Junior ("Real") – 60 milyon avro
  6. Sadio Mane ("Əl-Nəsr") – 54 milyon avro
  7. Cud Bellingem ("Real") – 44 milyon avro
  8. Lamin Yamal ("Barselona") – 43 milyon avro

Siyahıya daxil olan oyunçuların ölkələr üzrə paylanması belədir: İspaniya – 4, Səudiyyə Ərəbistanı – 3, İngiltərə – 2, ABŞ – 1.