FIFA 2025-ci ilin ən yaxşı futbolçularını və məşqçilərini açıqlayıb.
Finss.az-ın məlumatına görə, Fransanın PSJ klubunda çıxış edən Usman Dembele “The Best” mükafatına sahib çıxıb və ilin ən yaxşı futbolçusu seçilib.
Komandanın çalışdırıcısı Luis Enrike isə ən yaxşı baş məşqçi mükafatına layiq görülüb.
Argentina təmsilçisi, “Independiente” klubunun futbolçusu Santyaqo Montiel “Puşkaş” mükafatını qazanıb. Montiel bu mükafata “Independiente Rivadavia” ilə matçda vurduğu gözəl qolu ilə layiq görülüb.
Daha əvvəl ən yaxşı qapıçı mükafatı isə İngiltərə nəhəngi **“Mançester Siti”**nin qapıçısı Canluici Donnarummaya təqdim olunub.
