İdman

12 Dekabr

A Seriyasında ən yaxşı futbolçu müəyyən edildi

Finss.az - "Kremonese"nin hücumçusu Ceymi Vardi A Seriyasının noyabr ayı ən yaxşı oyunçusu seçilib. Bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

38 yaşlı futbolçu ötən ay komandası ilə üç oyunda meydana çıxıb. "Yuventus"la qarşılaşmada 1 qol vuran Vardi (1:2), dekabrın 1-də isə "Bolonya" ilə matçda (3:1) dubl edib.

Bu mövsüm ümumilikdə 10 oyunda iştirak edən Vardi 4 qol vurub. İngiltərə millisinin sabiq üzvü yayda azad agent kimi "Kremonese"yə keçib və komandasının hücum xəttində əsas fiqurlardan birinə çevrilib.