Misli Premyer Liqasında XIV turun növbəti oyunları keçiriləcək.
Finss.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
Günün ilk oyununda "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.
Günün ikinci oyununda "Sabah" klubu öz meydanında "Neftçi" komandası ilə üz-üzə gələcək. Bu matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tura dekabrın 9-u yekun vurulacaq.
