İdman

01 Dekabr

Azərbaycan boks millisi Dubayda dünya çempionatında mübarizə aparacaq

Dekabrın 3–13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində boks üzrə dünya çempionatı keçiriləcək.

Finss.az-ın məlumatına görə, 120-dən çox ölkənin iştirak edəcəyi mundialda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandanın baş məşqçisi Ravşan Xocayev 11 boksçunu rinqə çıxaracaq. Milli üzvlər və çəkiləri belədir: Sübhan Mamedov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq).

Mundialda hakimlər arasında Fuad Aslanov və Rövşən Qədirov da iştirak edəcəklər. Milli komandanın rəhbərliyini isə Azərbaycan Boks Federasiyası İdarə Heyətinin üzvü Rövşən Hüseynov həyata keçirəcək.