İdman

26 Noyabr

Çempionlar Liqası: Liqa mərhələsində 5-ci tur bu gün tamamlanır

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun vurulacaq.

Finss.az xəbər verir ki, ikinci oyun günündə 9 matç keçiriləcək.

Günün diqqət mərkəzindəki qarşılaşmalardan biri Londonda olacaq: hazırkı turnir cədvəlinin lideri “Bavariya” 2-ci yerdə qərarlaşan “Arsenal”ın qonağı olacaq.

Digər maraqlı oyunlarda “Atletiko” “İnter”lə, PSJ “Tottenhem”lə, “Real” “Olimpiakos”la üz-üzə gələcək. “Qarabağ”ın rəqiblərindən “Liverpul” PSV ilə, “Ayntraxt” isə “Atalanta” ilə qarşılaşacaq.

26 noyabr – oyun cədvəli:

  • 21:45: “Kopnehagen” (Danimarka) – “Kayrat” (Qazaxıstan)
  • 21:45: “Pafos” (Kipr) – “Monako” (Fransa)
  • 00:00: “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)
  • 00:00: “Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
  • 00:00: “Ayntraxt” (Almaniya) – “Atalanta” (İtaliya)
  • 00:00: “Liverpul” (İngiltərə) – PSV (Niderland)
  • 00:00: “Olimpiakos” (Yunanıstan) – “Real” (İspaniya)
  • 00:00: PSJ (Fransa) – “Tottenhem” (İngiltərə)
  • 00:00: “Sportinq” (Portuqaliya) – “Brügge” (Belçika)

25 noyabr – nəticələr:

  • “Ayaks” – “Benfika” 0:2
  • “Qalatasaray” – “Union” 0:1
  • “Bodo-Qlimt” – “Yuventus” 2:3
  • “Çelsi” – “Barselona” 3:0
  • “Borussiya” (Dortmund) – “Vilyarreal” 4:0
  • “Mançester Siti” – “Bayer” 0:2
  • “Marsel” – “Nyukasl” 2:1
  • “Napoli” – “Qarabağ” 2:0
  • “Slaviya” – “Atletik” 0:0