İdman

25 Noyabr

İntizam Komitəsi XII tur oyunları ilə bağlı cərimə və oyun qadağalarını açıqladı - AFFA

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Finss.az PFL-ə istinadən xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XII tur:

  • 21.11.2025-ci il tarixində “Karvan-Yevlax” – “Kəpəz” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün komandaya 700 manat cərimə tətbiq edilsin (maddə 43.1).

  • 21.11.2025-ci il tarixində meydançaya kənar şəxs daxil olduğuna görə “Karvan-Yevlax” komandası 2500 manat cərimə olunsun (maddə 86.3).

  • 21.11.2025-ci il tarixində meydançaya kənar əşyalar atıldığı üçün “Karvan-Yevlax” komandası 2000 manat cərimə olunsun (maddə 86.3).

  • 21.11.2025-ci il tarixində azarkeşlərin hakimlərə kütləvi təhqirinə görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə olunsun (maddə 52.5).

  • 21.11.2025-ci il tarixində 6 nömrəli futbolçu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan açıqlama verdiyi üçün 1 oyun oynaya bilməsin (maddə 99, 94, 88).

  • 21.11.2025-ci il tarixində “Sumqayıt” – “Qarabağ” oyununun 60-cı dəqiqəsində Rayan Senhadji ikinci sarı vərəqə alaraq 1 oyun oynaya bilməsin, “Sumqayıt” komandası 500 manat cərimə olunsun (maddə 17.5, 17.7).

  • 22.11.2025-ci il tarixində “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” komandası 2500 manat cərimə olunsun (maddə 86.3).

  • 22.11.2025-ci il tarixində “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün komanda 700 manat cərimə olunsun (maddə 43.1).

  • 22.11.2025-ci il tarixində azarkeşlərin hakimlərə kütləvi təhqirinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə olunsun (maddə 86.3).

  • 23.11.2025-ci il tarixində “Sabah” – “Şamaxı” oyununda tamaşaçılar tərəfindən gətirilmiş qadağan olunmamış əşyalar stadiona buraxılmadığı üçün “Sabah” komandası xəbərdarlıq alıb (maddə 20).