İdman

24 Noyabr

Azərbaycan Braziliya Ciu-Citsu Klubu açıq çempionat keçirib

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin filial və klublararası açıq çempionatı keçirilib.

Finss.az xəbər verir ki, çempionatın rəsmi açılış mərasimində çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov iştirakçıları salamlayaraq idmanın insanların fiziki və psixoloji sağlamlığında rolunun əhəmiyyəti, idmanın kütləviliyinin artırılması və idman növünün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.

İctimai Birliyin təsisçisi, Braziliya Ciu-Citsu sənətinin Azərbaycandakı banisi Taleh Həsənov çıxışında ölkəmizdə bu idman növünə olan marağın artdığını qeyd edərək idmançılara yüksək nailiyyətlər arzulayıb.

İctimai Birliyin sədri Fuad Kərimov və sədr müavini Anar Səfərov da fəaliyyət planları və inkişaf perspektivləri haqqında danışıb, bütün idmançılara uğurlar arzulayaraq onların idman həyatında yeni nailiyyətlər qazanmasını diləyiblər.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan Dövlət Himni səsləndirilib və yarışlara start verilib.

Yarışda uşaq, yeniyetmə, gənc, böyük və veteran idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və NO-Gİ versiyaları üzrə öz güclərini sınayıblar.

Nəticə etibarilə, ümumi komanda hesabında:

  • Suraxanı BJJ Team – 1-ci yer
  • BJJA Team – 2-ci yer
  • Əkbər Hadiyev BJJ Team – 3-cü yer