İdman

24 Noyabr

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri UEFA tərəfindən təyinat alıb

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Finss.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.