"Fiorentina" İngiltərənin "Çelsi" klubunun müdafiəçiləri Coş Açeamponq və Aksel Disasiyə maraq göstərir.
Finss.az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, İtaliya təmsilçisi 19 yaşlı Coş Açeamponqu transfer hüququ ilə icarəyə götürməyi nəzərdən keçirir. Gənc oyunçu London klubunda əsas heyətə düşməkdə çətinlik çəkdiyi üçün Florensiya klubu onun potensialını qiymətləndirmək istəyir.
Bundan başqa, "Fiorentina" 27 yaşlı müdafiəçi Aksel Disasinin transferi ilə də maraqlanır. Fransız futbolçu cari mövsümdə "Çelsi"nin əsas komandasında bir dəfə də meydana çıxmayıb. Disasinin klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
