AFFA İntizam Komitəsinin iclası keçirilib.
Finss.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
-
07.11.2025-ci il – “Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
-
08.11.2025-ci il – “Zirə” – “Turan Tovuz” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
-
08.11.2025-ci il – “Zirə” – “Turan Tovuz” oyununun 61-ci dəqiqəsində “Turan Tovuz” komandasının 19 nömrəli futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Turan Tovuz” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
-
09.11.2025-ci il – “Kəpəz” – “Sabah” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
-
09.11.2025-ci il – “Kəpəz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
-
09.11.2025-ci il – “Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilsin (maddə 52.5);
-
09.11.2025-ci il – “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilsin (maddə 86.3);
-
09.11.2025-ci il – “Qarabağ” – “Neftçi” oyununun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilsin (maddə 52.5);
-
09.11.2025-ci il – “Qarabağ” – “Neftçi” oyununda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3).
Qeyd edək ki, İntizam Komitəsi "Qarabağ"la oyun bitdikdən sonra hakimi təhqir etdiyi üçün Samir Abasova 4 oyunluq cəza verib, "Neftçi" isə 10000 manat məbləğində cərimələnib.
