Finss.az - Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində daha 9 qarşılaşma keçiriləcək.
Azərbaycan təmsilçisi “Qarabağ” FK də bu gün növbəti oyununa çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda İspaniyada “Atletik Bilbao” klubunun qonağı olacaq. Görüş “San Mames” stadionunda baş tutacaq və oyunu Xorvatiyadan olan hakimlər briqadası, baş hakim İqor Payaçın rəhbərliyi ilə idarə edəcək.
“Qarabağ” qrup mərhələsində indiyədək keçirdiyi hər iki oyunda qalib gəlib və maksimum nəticə göstərib. “Atletik” isə hələlik xal qazana bilməyib və bu səbəbdən doğma meydanda qələbə axtaracaq.
UEFA Çempionlar Liqası — Liqa mərhələsi, III tur
Tarix: 21 oktyabr
Saat: 20:45
Stadion: “San Mames” (Bilbao, İspaniya)
Baş hakim: İqor Payaç (Xorvatiya)
“Atletik” – “Qarabağ”