İdman

14 Avqust

Qarabağın ÇL Liqa mərhələsində potensial rəqibləri – Avropanın nəhəng klubları

"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksələcəyi halda, Avropanın bir sıra nəhəng klubları ilə üz-üzə gələ bilər.

Finss.az xəbər verir ki, İngiltərə təmsilçiləri arasında "Liverpul", "Arsenal", "Mançester Siti", "Nyukasl", "Tottenhem""Çelsi" Ağdam klubunun mümkün rəqibləri sırasındadır. İtaliyadan "Napoli", "İnter", "Atalanta""Yuventus", İspaniyadan isə "Barselona", "Real Madrid", "Atletik Bilbao", "Atletiko Madrid""Vilyarreal" klubları siyahıda yer alır.

Almaniya təmsilçiləri "Bavariya", "Bayer Leverkuzen", "Borussiya Dortmund""Ayntraxt Frankfurt", Fransadan isə PSJ, "Olimpik Marsel""Monako" da potensial rəqiblər arasındadır. Niderlanddan "Ayaks"PSV, Portuqaliyadan "Sportinq", Belçikadan "Yunion", Türkiyədən "Qalatasaray", Çexiyadan "Slaviya Praqa" və Yunanıstandan "Olimpiakos" da siyahıda mövcuddur.

Bundan başqa, pley-off mərhələsində aşağıdakı cütlərin qalibləri də Liqa mərhələsinə vəsiqə qazanacaq:

  • "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan)
  • "Srvena Zvezda" (Serbiya) – "Pafos" (Kipr)
  • "Reyncers" (Şotlandiya) – "Brügge" (Belçika)
  • "Budyo Qlimt" (Norveç) – "Şturm Qraz" (Avstriya)
  • "Seltik" (Şotlandiya) – "Kayrat" (Qazaxıstan)
  • "Bazel" (İsveçrə) – "Kopenhagen" (Danimarka)
  • "Fənərbağça" (Türkiyə) – "Benfika" (Portuqaliya)

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkü 28 avqustda atılacaq. İlk turun oyunları 16-18 sentyabrda baş tutacaq.

Əlavə bax: Lənkəranda 3 günlük istirahət turları: fərdi və qrup proqramları