İdman

25 İyul

Azərbaycanı üç cüdoçu Monqolustanda Böyük Dəbilqə turnirində təmsil edir

Monqolustanın paytaxtı Ulan-Batorda Böyük Dəbilqə turniri başlayıb.

Finss.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanı üç cüdoçu təmsil edəcək.

60 kq çəki dərəcəsində yarışacaq Balabəy Ağayev 1/8 final mərhələsindən mübarizəyə qoşulacaq. O, Konstantin Simeonidis (BƏƏ) ilə Mendsayxan Nyamsurenin (Monqolustan) görüşünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidə Turan Bayramov da 1/8 finalda Sumiyabazar Enxtayvan (Monqolustan) və Yuantao Vanın (Çin) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.

66 kq çəki dərəcəsində çıxış edən Elşən Əsədov isə 1/16 final mərhələsində Cantsandorj Unurbat (Monqolustan) ilə görüşəcək.