İdman

23 İyul

“Zirə” Konfrans Liqasına start verir

Finss.az - Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə start verilir.

Azərbaycan təmsilçisi “Zirə” turnirdəki ilk oyununu evdə keçirəcək.

Komandanın baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi ilə “Zirə” 8-ci km stadionunda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq. Matç saat 19:30-da başlayacaq. Görüşün baş hakimi yunanıstanlı Kristos Vergetis olacaq.

Qarşılaşma iki oyunlu mərhələ çərçivəsində keçirilir. Cavab görüşü iyulun 31-də Xorvatiyanın Split şəhərində baş tutacaq.

Azərbaycan azarkeşləri üçün bu görüş həm “Zirə”nin ilk beynəlxalq sınağı, həm də ölkə reytinqinə təsir baxımından əhəmiyyət daşıyır.