Finss.az - 12 komandadan ibarət olan Misli Premyer Liqasında 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.
Yarış 3 dövrədən ibarət olacaq və üçüncü dövrənin oyun cədvəli ayrıca müəyyənləşdiriləcək.
Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasovun verdiyi məlumata görə, reqlamentə əsasən, hər hansı komanda ardıcıl olaraq ikidən çox ev və ya səfər oyununda iştirak edə bilməz.
Püşkün nəticəsinə əsasən, ilk turda aşağıdakı qarşılaşmalar baş tutacaq:
-
İmişli – Turan Tovuz
-
Neftçi – Şamaxı
-
Sabah – Qarabağ
-
Sumqayıt – Kəpəz
-
Karvan – Qəbələ
-
Zirə – Araz-Naxçıvan
Yeni mövsüm 15 avqust tarixində start götürəcək və ölkə futbolunun ən yüksək səviyyəsində maraqlı oyunlara ev sahibliyi edəcək.