İdman

17 İyul

David Alaba “Real”dan ayrılmağa hazırlaşır

Finss.az - İspaniyanın nüfuzlu AS nəşri məlumat verib ki, “Real” Madrid klubu müdafiəçisi David Alaba ilə yollarını ayırmağı planlaşdırır.

İyunun sonunda 33 yaşlı futbolçunun yenidən zədə aldığı məlum olub. Alabaya sol ayağının baldır əzələsinin zədələnməsi diaqnozu qoyulub. Ötən mövsüm bu səbəbdən La Liqada cəmi 7, bir il əvvəl isə 14 oyun keçirə bilmişdi.

Klub rəhbərliyi zədə problemləri ilə üzləşən Alabadan qurtulub, yeni müdafiəçi transfer etmək qərarına gəlib. Alabanın hazırkı müqaviləsi 2026-cı ilin iyununa qədər davam edir və ildə təxminən 12,5 milyon avro məvacib alır.

Buna baxmayaraq, Alaba klubda qalmaqda israrlıdır və 2026-cı ildə keçiriləcək dünya çempionatı üçün formda qalmaq məqsədindədir.