İdman

11 İyul

“Qarabağ” Avstriyada iki yoxlama oyununa çıxır

Finss.az - Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün daha iki yoxlama oyunu keçirəcək.

Ağdam təmsilçisi Niderlandın “Tvente” klubu ilə üz-üzə gələcək. İlk qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da, ikinci oyun isə 19:15-də start götürəcək.

Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna 4:5 hesabı ilə məğlub olub. Daha sonra Bakıdakı yoxlama oyununda “Zirə”ni 4:0 hesabı ilə üstələyib.

İyulun 15-də toplanışın son matçında “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək komandanın Avstriya toplanışı isə iyulun 16-da başa çatacaq.