Finss.az - Bu gün keçiriləcək yarımfinal qarşılaşmasında Fransa təmsilçisi PSJ (Paris Saint-Germain) İspaniyanın “Real Madrid” komandası ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Yarımfinalda qalib gələn komanda iyulun 13-də “Çelsi” (İngiltərə) ilə klublararası dünya çempionatının final matçında qarşılaşacaq.
Yarımfinal oyunu:
-
9 iyul, 23:00 — PSJ (Fransa) vs “Real Madrid” (İspaniya)
Final oyunu:
-
13 iyul — "Çelsi" (İngiltərə) / PSJ (Fransa) vs “Real Madrid” (İspaniya)
Futbolsevərlər böyük finalı səbirsizliklə gözləyir.