Finss.az - Azərbaycan Futzal Federasiyasının məlumatına görə, “Araz-Naxçıvan” futzal komandası Çempionlar Liqasının ilkin mərhələsində qrup oyunlarını Avstriyanın Linz şəhərində keçirəcək.
Naxçıvan təmsilçisi aşağıdakı oyunlarda iştirak edəcək:
-
27 avqust, saat 19:00 — “Araz-Naxçıvan” – “Sparta Belfast” (Şimali İrlandiya), NMS İdman Sarayı
-
28 avqust, saat 19:00 — “PYF Saltires” (Şotlandiya) – “Araz-Naxçıvan”, NMS İdman Sarayı
-
30 avqust, saat 21:30 — “Ljuti Krajişniçi” (Avstriya) – “Araz-Naxçıvan”, NMS İdman Sarayı
Komandanın Avropadakı bu mühüm turnirdə uğur qazanması həm idman, həm də ölkəmizin beynəlxalq arenadakı nüfuzunun artması üçün önəmlidir.