İdman

07 İyul

"Əl-Əhli" Lionel Messini transfer etmək istəyir

Finss.az - Səudiyyə Ərəbistanının "Əl-Əhli" futbol klubu argentinalı ulduz hücumçu Lionel Messini transfer etməyi planlaşdırır.

Bu barədə Fransa nəşri "L'Équipe" məlumat yayıb.

Hazırda Amerika klubunda çıxış edən 38 yaşlı futbolçunun müqaviləsi 31 dekabr 2025-ci il tarixinə qədər qüvvədədir. Lakin "Əl-Əhli" Messini müqaviləsi başa çatdıqdan sonra, azad agent statusu ilə heyətinə qatmaq istəyir.

Mənbənin verdiyi məlumata görə, Səudiyyə klubu artıq bir neçə həftədir Messini bu keçidə razı salmaq üçün danışıqlar aparır. Maliyyə şərtləri açıqlanmasa da, 2034-cü il dünya çempionatına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanı, futbol ulduzunu transfer etmək üçün əlindən gələni etməyə hazırdır.

Bu potensial transfer Səudiyyə Ərəbistanı futbolunda yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir və bölgənin futbol bazarında böyük maliyyə sərmayələrinin artırılmasının siqnalı ola bilər.