Finss.az - Azərbaycanın “Sabah” futbol klubu Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama matçına çıxmağa hazırlaşır.
Paytaxt təmsilçisi sabah Bakı vaxtı ilə saat 19:00-da Macarıstanın “Pakş” komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, “Sabah” dörd gün öncə Rumıniyanın “Rapid” komandası ilə keçirilən ilk yoxlama oyununda 2:2 hesablı heç-heçə edib. Bu qarşılaşmalar klubun yeni mövsüm öncəsi hazırlıq prosesində önəmli rol oynayır.