Finss.az - Uruqvaylı hücumçu Darvin Nunes karyerasını İtaliyanın “Napoli” klubunda davam etdirəcək.
Bu barədə məşhur insayder Nikolo Şkira məlumat yayıb.
Məlumata görə, tərəflər artıq razılığa gəliblər və yaxın günlərdə uruqvaylı forvardla 2030-cu ilin yayına qədər, illik 5 milyon avro maaşla müqavilə imzalanacaq.
Ötən mövsüm Premyer Liqada 30 oyunda iştirak edən Darvin Nunes 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Yeni mövsümdə onun “Napoli”nin hücum xəttinə güclü töhfə verməsi gözlənilir.