İdman

24 İyun

Klublararası Dünya Çempionatında A qrupunda 3-cü tur oyunları keçirildi

Finss.az - Bu gün Klublararası Dünya Çempionatında qrup mərhələsinin 3-cü turunda A qrupunda iki maraqlı qarşılaşma baş tutub.

“Portu” ilə “Əl Əhli” komandaları arasında keçirilən oyun 4:4 hesabı ilə bərabərə yekunlaşıb. “Portu”nun qollarını R.Mora (23-cü dəq.), V.Qomes (50), Samu (53) və Pepe (89) vurub. “Əl Əhli”nin isə V.Abu Ali 15-ci və 45+2-ci dəqiqələrdə penalti olmaqla 2, 51-ci dəqiqədə bir, M.Ben Romdane isə 64-cü dəqiqədə fərqlənib.

Digər görüşdə “İnter Mayami” və “Palmeyras” komandaları 2:2 hesablı heç-heçə edib. “İnter Mayami”nin qollarını T.Allende (16) və L.Suarez (65) vurub. “Palmeyras”ın fərqləndikləri oyunçular isə Paulinyo (80) və Maurisio (87)-dir.

Hazırda A qrupunda “Palmeyras” və “İnter Mayami” hər biri 5 xalla növbəti mərhələyə yüksəlib. “Portu” və “Əl Əhli” isə 2 xal toplayıblar.

Bu maraqlı oyunlar turnirin gedişatını daha da gərginləşdirib və futbolsevərlərin diqqət mərkəzindədir.